Icma.az
close
up
RU
Türkiyədə Azərbaycan şəhidləri anıldı FOTO

Türkiyədə Azərbaycan şəhidləri anıldı FOTO

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın Ankaradakı Səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun birgə təşkilatçılığı ilə II Qarabağ müharibəsinin başlandığı gün – 27 sentyabr münasibətilə paytaxtda “Şəhidləri Anma Günü” tədbiri keçirilib.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Tədbir Qarabağın tarixini əks etdirən videoçarx, bir dəqiqəlik sükut, dövlət himnlərinin oxunması və Qurani-Kərim tilavəti ilə başlayıb.

Tədbirdə çıxış edən TADİV sədri Aygün Attar bu anım mərasimlərini Azərbaycanın Ankaradakı səfirliyinin Hərbi Attaşesi ilə birgə təşkil etdiklərini bildirərək, bir millət, iki dövlət fəlsəfəsi ilə Azərbaycan ordusu, dövləti və yüksək səviyyəli qrupları ilə təkcə ictimai birlik deyil, həm də Türkiyə ilə birlik nümayiş etdirdiyini deyib.

Attar özünün də Qarabağlı ailədən gəldiyini və birinci Qarabağ müharibəsində şəhid olmuş ailə üzvünün olduğunu xatırladaraq deyib:

"Bu gün kədərlənməmək mümkün deyil, amma biz həm də qürur duyuruq. Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu videoda dediyi fikir hamınıza rahatlıq verir. Şəhidlərimizin qanı yerdə qalmadı. Bu gün Azərbaycan öz suverenliyini və qüdrətini bütünlüklə Azərbaycan ərazisi daxilində qurmuş bir dövlətdir".

Attar şəhidlərin anılmasının əhəmiyyətinə diqqət çəkərək əlavə edib:

""Dünyanın hər yerində haqq və ədalətin yanında duran türk əsgərlərinə Allah hər zaman zəfər nəsib etsin. Qarabağ Azərbaycandır.”

Azərbaycanın Ankaradakı Səfirliyinin müşaviri Dr. Füzuli Məcidli isə günün əhəmiyyətinə toxunaraq deyib:

“əhidlərimiz bizə nəinki azadlıq, nəinki azad torpaqlar, həm də şərəf və qürur bəxş edib".

O, 27 sentyabrın yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq yaddaşına həkk olunduğunu bildirib və Azərbaycan ilə Türkiyənin yaxın münasibətlərinin əhəmiyyətinə toxunub.

Türkiyə Müharibə Veteranları Dərnəyinin başqanı Bəyazıt Yumuk isə Türk ordusunun daim məzlum xalqların yanında olduğunu, iki ölkənin yaxın münasibətinin və tarix boyunca Azərbaycan ilə Türkiyənin yan-yana savaşdığını vurğulayıb.

Çıxışlardan sonra müharibə dövrünü əks etdirən fotolardan ibarət sərgi açılıb.

Tədbirdə şəhid ailələri ilə yanaşı Azərbaycan ordusunun hərbçiləri və hərbi tələbələr, dövlət qurumlarından nümayəndələr və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:341
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri