Icma.az
close
up
RU
Türkiyədə Azərbaycan xoreoqrafının tamaşası keçirilib

Türkiyədə Azərbaycan xoreoqrafının tamaşası keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 iyun, AZƏRTAC

İstanbulun Ali Emiri Əfəndi Mədəniyyət Mərkəzində məşhur Azərbaycan xoreoqrafı Farid Kazakovun "Elementlərin birləşməsi" tamaşasının premyerası keçirilib. Tamaşada teatr-xoreoqrafik interpretasiyalar nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, səhnə əsərində Farid Kazakovun beynəlxalq akademiyasının yetirmələri və "Elita" peşəkar bədii gimnastika klubunun üzvləri çıxış ediblər. Eyni zamanda, tamaşada dünya balet çempionu, Türkiyənin dəfələrlə çempionu Zeynəb Yağmur Uzşen və Rusiyanın bədii gimnastika üzrə idman ustası Yekaterina Komarskix iştirak ediblər.

“Türkiyədə növbəti tamaşamın uğurla baş tutmasından çox məmnunam”, – deyə Farid Kazakov bildirib. “Baletmeyster olaraq yaradıcılıqla məşğul olmaq xüsusi bir zövqdür. Bütöv bir tamaşanın quruluşçu xoreoqrafı olmaq isə həm də böyük məsuliyyətdir. Bütün artistlərə və peşəkar bədii gimnastika klubunun rəhbəri, həmkarım Aytən Rüstəmovaya bu layihənin gerçəkləşməsində göstərdikləri dəstəyə görə dərin təşəkkürümü bildirirəm. Gələcəkdə tamaşalarımızı beynəlxalq teatr festivallarında nümayiş etdirməyi və təbii ki, Bakıya qastrol səfərinə gəlməyi planlaşdırırıq!

Mənim üçün çox dəyərlidir ki, Türkiyədə məni ilk növbədə azərbaycanlı sənətçi kimi tanıyırlar və öz fəaliyyətimlə mədəniyyətimizi təqdim edə bilirəm. Öz bilik və bacarığımı gənc sənətçilər nəslinə ötürmək böyük xoşbəxtlikdir”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu yaxınlarda Farid Kazakov Türkiyədə uşaqları yüksək sənətə və mədəniyyətə cəlb etdiyi üçün yerli idarəetmə orqanları tərəfindən təşəkkürnamə ilə təltif olunub.

Farid Kazakov azərbaycanlı və rusiyalı rəqqas, xoreoqraf, balet artisti, rəqs üzrə dünya çempionu, Rusiyanın üçqat ən yaxşı solisti, beynəlxalq “Most Fashionable Awards” mükafatının qalibi, “Central Asia's Got Talent” beynəlxalq istedad şousunun finalçısı, Azərbaycanın ikiqat milli mükafatçısı, “Türkiyənin ən istedadlı rəqqası” fəxri adına və Türkiyənin “Turkiye Zirve Ödulleri” milli mükafatına layiq görülmüş sənətkardır. O, ali kateqoriyalı pedaqoq, Azərbaycanla Türkiyənin Avropa Mədəniyyət Assosiasiyasında fəxri üzvü və mədəniyyət səfiri, Bakı Xoreoqrafiya Akademiyasının və Moskva Dövlət Mədəniyyət İnstitutunun məzunu, bir çox beynəlxalq, ümumrusiya və respublika müsabiqələrinin qalibi və qran-pri mükafatçısı, eyni zamanda Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin "Zirvədəki Azərbaycanlılar" kitabında XXI əsr Azərbaycan gəncliyinin görkəmli nümayəndəsi kimi yer alan sənətkardır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 04:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri