Icma.az
close
up
RU
Türkiyədə azərbaycanəsilli gənc bir anda dünyanın ən varlı adamları siyahısına düşdü SƏBƏB?

Türkiyədə azərbaycanəsilli gənc bir anda dünyanın ən varlı adamları siyahısına düşdü SƏBƏB?

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Türkiyənin Van vilayətində yaşayan 32 yaşlı azərbaycanəsilli Əhməd Cahanqard Takalo adlı şəxs marketdə alış-veriş edərkən maliyyə tarixinə düşəcək bir halla üzləşib. Alış-veriş zamanı onun bank kartı bloklanıb, bank hesabında 1 trilyon lirə gördüyü zaman isə həyatının şokunu yaşayıb.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Əhməd Cahanqard Takalo bank kartı kassada təsdiqlənmədikdən sonra bunun müvəqqəti sistem xətası olduğunu düşünüb və ən yaxın bank filialına gedib. Hesabdan çıxarışı nəzərdən keçirdikdə isə gözlərinə inana bilməyib.

Bank qeydlərində onun istifadə edilə biləcək balans bölməsində tam olaraq 999 milyard 999 milyon 999 min 999 lirə 99 quruş olduğu aşkarlanıb.

Təxminən 10 ildir Türkiyədə yaşayan Takalonun hesabındakı bu astronomik aktivlik bankın sistemlərində qırmızı siqnal verilməsinə səbəb olub.

Hadisə ilə bağlı dərhal səlahiyyətlilərə məlumat verilib, Türkiyədə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə maliyyə köçürmələrini real vaxt rejimində izləyən Maliyyə Cinayətləri Araşdırma Şurası (MASAK) birbaşa məsələyə müdaxilə edib. Qanuni qaydalara görə, Takalonun bank hesabları MASAK tərəfindən mənbəyi bəlli olmayan və şübhəli hesab edilən bu böyük məbləğdə pul səbəbindən dondurulub. Bank filialında baş verən hərəkətliliyi təsvir edən Takalo əməliyyatı icra edən məmurun təəccüb içində müdirini, müdirin isə öz növbəsində bank rəhbərini çağırdığını qeyd edib, bütün personalın ekran qarşısında böyük bir şok və təəccüb keçirdiyini bildirib.

Təxminən bir aydır hesablarından heç birinə daxil ola bilmədiyini və davam edən hüquqi proses səbəbindən bankın ona ətraflı məlumat verə bilmədiyini deyən gənc mühacir, maraqdan bu pulun gücünü ölçmək üçün süni intellektdən istifadə etdiyini deyib.

"Bu pulla min stadion tikmək, doqquz yük maşını dolu qızıl külçə satın almaq və ya 300 000 əhalisi olan sıfırdan bir ölkə qurmaq olar", - deyə süni intellekt ona cavab verib.

Hesabda görülən bir trilyon lirəlik məbləğ cari məzənnə ilə hesablandıqda təxminən 21.8 milyard dollar kimi bir sərvətə bərabər olur.

Bu rəqəm milyarderlərin sərvətlərini hər il qlobal miqyasda siyahıya alan "Forbes World's Rich" siyahısının ("Forbes dünyanın ən varlı adamları siyahısı") parametrlərinə görə Takalonu dünyada ən varlı ilk 120 adam arasında yerləşdirmək üçün kifayət edir.

Maliyyə mütəxəssisləri və kibertəhlükəsizlik orqanları bu cür trilyon lirəlik hesab əməliyyatlarının əsasən bankların əsas məlumat bazalarında aparılan sınaq işləri əsnasında proqramlaşdırma kodu xətalarından və ya beynəlxalq maliyyə şəbəkələrində sistem sinxronizasiyasının pozulmasından qaynaqlana biləcəyinə diqqət çəkir.

Mütəxəssislər xatırladırlar ki, keçmişdə də dünya miqyasında oxşar səhvən milyarder olma halları baş verib. MASAK və məhkəmə orqanları tərəfindən aparılan ətraflı kiberaraşdırmadan sonra pulların sistematik şəkildə geri çəkiləcəyi və hesabların normal vəziyyətə qayıdacağı nəzərdə tutulur. Hadisə ilə bağlı başlanan genişmiqyaslı məhkəmə və inzibati araşdırma diqqətlə davam etdirilir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 İyun 2026 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri