Icma.az
close
up
RU
Türkiyədə Azərbaycanla bağlı saxta xəbərləri niyə yayırlar? AÇIQLAMA

Türkiyədə Azərbaycanla bağlı saxta xəbərləri niyə yayırlar? AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyədə Azərbaycana qarşı yeni dezinformasiya kampaniyası başlayıb. Bu dəfə, İsrailin Baş naziri Benyamin Netanyahunun BMT-dəki çıxışında azərbaycanlı rəsmilərin olduğu iddia edilən bir saxta şəkil yayımlanıb. Həmin foto ötən ilin sentyabrında Netanyahunun mavi qalstukla etdiyi çıxışa aiddir və bu xəbərin dezinformasiya olduğu asanlıqla aşkarlanır.

Türkiyədə Azərbaycanla bağlı bu cür saxta xəbərlər yeni deyil. Bəs bunların arxasında nə durur? Türkiyə hakimiyyətinin özü Azərbaycanla bağlı bu cür saxta xəbərlərə niyə susur?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirdi ki,  Azərbaycan konkret olaraq Fələstinin müstəqilliyini 1992-ci ildən tanıyıb.

"İsraillə isə bizim strateji tərəfdaşlığımız var və bu tərəfdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib, yalnız ikitərəfli dövlətlərarası münasibətlərə həsr olunub. Hazırda Türkiyə də Fələstini dəstəkləyir. Türkiyə bizim qardaş ölkəmizdir. Amma hər bir ölkənin öz müstəqil siyasəti var. Düzdür, Türkiyə Ermənistanla sərhədləri bağlayıb və Azərbaycana ciddi dəstək verib. Lakin bunu nəzərə almaq lazımdır ki, Azərbaycan kiçik bir ölkədir və Azərbaycanın Yaxın Şərqdə və ümumiyyətlə beynəlxalq nizamda digər ölkələrə qarşı təzyiq etmək siyasəti yoxdur. Türkiyə təbii ki, böyük bir ölkədir və əsrlər boyu Yaxın Şərqdə beynəlxalq nizama nəzarət edib. Birincisi budur. İkincisi isə, Türkiyədə bəzi qruplar Azərbaycan əleyhinə qara kampaniyalar təşkil edə bilərlər. Bunun arxasında ermənilər, yunanlar və müxtəlif etnik qruplar da ola bilər. Yəni konkret olaraq bu məsələlərdən söhbət gedir. Təbii ki, bu feyk xəbərlərdir və Türkiyə-Azərbaycan qardaşlığına kölgə salmağa çalışırlar. Bu cür şəbəkələrin arxasında İran kəşfiyyatı da durur. Belə məsələlər sıradan bir prosesdir və Azərbaycan-Türkiyə əlaqələrinə heç bir zərbə vura bilməz", - deyə siyasi şərhçi yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Sentyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see296

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see201

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see196

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see174

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see174

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see168

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see154

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see143

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see140

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see139

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see138

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see135

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see127

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see127

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri