Türkiyədə Bein Sports un binasına silahla hücum edildi!
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə çempionatının rəsmi yayın hüququna malik olan ''Bein Sports''un Sarıyerdə yerləşən binasına silahlı basqın həyata keçirilib.
"Football-plus.az" xəbər verir ki, hadisə noyabrın 10-da yerli vaxtla saat 12.00 radələrində baş verib. K.S. adlı şəxs binaya girərək əlindəki silahı göstərib və ordakıları insanları təhdid etməyə başlayıb.
Məlum olub ki, onunla kanalın şərhçilərindən birinin arasında daha öncədən münaqişə yaşanıbmış. Guya şərhçi həmin şəxsin həyat yoldaşını təhqir edibmiş. Silahlı şəxs şərhçinin üzr istəməsini tələb edib.
Hadisə yerinə gələn polis işçiləri K.S. ilə danışaraq onu sakitləşdirməyə müvəffəq olublar. Silahlı şəxs binaya daxil olduqdan təxminən yarım saat sonra ordan çıxarılıb və ifadəsi alınması üçün bölməyə aparılıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 11 Noyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















