Icma.az
close
up
RU
“Türkiyədə bəzi media qurumları ətlə dirnaq arasına girməkdən çəkinməlidir” ƏDALƏT VERDİYEV

“Türkiyədə bəzi media qurumları ətlə dirnaq arasına girməkdən çəkinməlidir” ƏDALƏT VERDİYEV

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan son illərdə, xüsusilə Vətən Müharibəsi başlayandan sonra Ermənistanı dəstəkləyən bir çox ölkələrin, o cümlədən İran, Fransa və Rusiyanın dezinformasiya fəaliyyətlərinə qarşı mübarizə aparıb. Təbii ki, bizim üçün qardaş ölkə olan Türkiyədə belə bir təbliğat kampaniyasının aparılması və Azərbaycana qarşı dezinformasiyanın yayılması bizi dərindən məyus edir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında hərbi eskpert Ədalət Verdiyev bildirib:

“Azərbaycan ilə Türkiyə arasında Vətən Müharibəsi başa çatandan sonra həm Şuşa Bəyənnaməsi imzalanıb, həm də media sahəsində tərəfdaşlıq haqqında birgə bəyanat verilib. Buna baxmayaraq, Türkiyənin bəzi media qurumları, xüsusilə Sabah və Hürriyyət qəzetləri Azərbaycana qarşı qarayaxma kampaniyasına davam edir.

Qarayaxma kampaniyasında bir çox əsas komponent diqqəti çəkir. Onlardan biri Vətən Müharibəsində Türkiyənin rolunu ön plana çıxarmaq və İsrail ilə Azərbaycanın münasibətlərini Türkiyəyə qarşı fəaliyyət kimi təqdim etməkdir. Halbuki Vətən Müharibəsi zamanı biz daim Türkiyənin mənəvi və siyasi dəstəyini hiss etmişik və bu, ölkə başçısı və digər yüksək vəzifəli rəsmilər tərəfindən dəfələrlə bəyan edilib.

Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir, İsrail isə strateji tərəfdaşımızdır. Heç bir zaman Türkiyənin siyasi rəhbərliyi Azərbaycanın İsraillə yaxın münasibətlərinə narahatlıq ifadə etməyib. Azərbaycanın müdafiə sənayesinin qurulmasında İsrail şirkətləri mühüm rol oynayıb, o cümlədən Xəzər dənizində hərbi gəmilərin istehsalında”.

Ədalət Verdiyev vurğulayıb ki, bunun nəticəsi olaraq Azərbaycan həm İsraildən, həm də Türkiyədən aldığı silahlarla Vətən Müharibəsində uğur qazanıb.

“Belə olan halda, Azərbaycana qarşı bu məsələlərdə günahlandırmaq tamamilə yalnışdır. Azərbaycan öz fəaliyyətlərini dost, qardaş və müttəfiq ölkələrlə kifayət qədər şəffaf şəkildə qurub. Türkiyə-Azərbaycan qardaşlığına xələl gətirmək istəyən qüvvələr öz çirkin niyyətlərindən əl çəkməli və ətlə dirnaq arasına girməkdən çəkinməlidirlər.

Azərbaycan bütün dünyada etibarlı dost və tərəfdaş kimi tanınır və Türkiyədə mövcud olan bəzi media qurumları bu dostluğa müdaxilə etməməlidir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Oktyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri