Türkiyədə bir ay ərzində yanacağın 14 cü dəfə bahalaşacağı gözlənilir
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ankara, 31 mart, AZƏRTAC
Türkiyədə neftin qlobal qiymətlərinin artması fonunda bir ayda 13 dəfə artan yanacaq qiymətləri yenidən qalxacaq.
AZƏRTAC xəbər verir ki, dizel yanacağının qiymətlərində əhəmiyyətli bir artımın bu gecə yarısından etibarən qüvvəyə minəcəyi gözlənilir.
Mart ayının əvvəlindən bəri Türkiyədə benzinin qiyməti litr başına 59 lirədən 63 lirəyə, dizel yanacağının qiyməti isə 61 lirədən 76 lirəyə qalxıb.
Sənaye mənbələrinə görə, Türkiyədə dizel yanacağının qiymətləri gecə yarısından etibarən yenidən artacaq (litr başına 2,5 lirədən çox), ölkənin qərb vilayətlərində 80 lirəyə yaxınlaşacaq, şərqdə isə bu həddi də keçəcək.
Aprelin ilk günündə ən bahalı dizel yanacağı şərqdəki Hakkari əyalətində olacaq (80 lirə 24 quruş). Ağrı, Batman, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Hakkari, İğdır, Mardin, Muş, Siirt, Şırnak, Tunceli və Van vilayətlərində dizel üçün demək olar ki, eyni qiymətlər müəyyən ediləcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 31 Mart 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















