Türkiyədə bir evdən 10 ton zibil ÇIXARILDI
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Türkiyənin Mersin şəhərində tullantıların toplandığı müəyyən edilən bir evdən 10 ton çöp çıxarılıb.
Redaktor.az xəbər verir ki, Tozkoparan məhəlləsinin sakinləri müstəqil evdən gələn pis qoxu ilə bağlı şikayət ediblər.
Məlumat əsasında hərəkətə keçən bələdiyyənin nəzarət və təmizlik xidməti əməkdaşları evdə böyük miqdarda tullantının yığıldığını aşkarlayıb.
Uzun müddət davam edən işlər nəticəsində yaşlı qadına məxsus evdən toplanan 10 ton zibil yük maşınları ilə zibil poliqonuna daşınıb. Daha sonra evin və ətraf ərazinin təmizlənməsi aparılıb.
Evin sahibi olan yaşlı qadın isə Ailə və Sosial Xidmətlər Müdirliyi tərəfindən qoruma altına götürülüb.
Kənan YUSİF
Baxış sayı:49
Bu xəbər 06 Mart 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















