Icma.az
close
up
RU
Türkiyədə bir şəhərin yarıdan çoxunun yoluxduğu xəstəlik

Türkiyədə bir şəhərin yarıdan çoxunun yoluxduğu xəstəlik

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədə 1980-ci ildən sonra tamamilə aradan qalxan, lakin Cumhuriyyətin ilk illərində Rize əhalisinin böyük hissəsini təsirləyərək ölüm hallarına yol açan “kancalı qurd xəstəliyi”nin bölgədə ciddi ictimai tədbirlərin görülməsinə səbəb olduğu məlum olub. O dövrdə xəstəliyin yayılmasının qarşısını almaq üçün şəhər mərkəzində ayaqyalın gəzmək rəsmi şəkildə qadağan edilmişdi.

AzPost xəbər verir ki, araşdırmalara görə, xəstəlik kənd təsərrüfatında istifadə olunan gübrələr vasitəsilə torpağa qarışırdı. Ayaqyalın gəzən və torpaqla birbaşa təmas edən insanlar bu paraziti dəridən qəbul edir, xəstəlik əvvəlcə qarın şişkinliyi ilə özünü göstərir, müalicə olunmazsa üç il ərzində ölümə gətirib çıxarırdı. Xəstəlik həmin dövrdə dünyada yalnız səkkiz ölkədə, Türkiyədə isə təkcə Rizedə qeydə alınıb.

Rizeli araşdırmaçı-yazıçı Rəcəb Koyuncunun bildirdiyinə görə, “kancalı qurd” Rizeyə Qurtuluş Savaşı illərində bölgəni işğal edən rus qoşunlarının tərkibində çalışan Çinli yol işçiləri vasitəsilə yoluxub. 1931-ci il arxiv sənədləri göstərir ki, həmin zaman Rize əhalisinin təxminən 67 faizi bu infeksiyaya yoluxmuşdu.

Məsələ o qədər ciddi hal almışdı ki, Atatürkün şəxsi həkimlərindən biri olan Dr. Asım Ararın hazırladığı hesabat əsasında Rizedə bu xəstəliyin müalicəsi üçün xüsusi xəstəxana və dispanser quruldu. Pasiyentlərin müalicəsi, dərmanları və prosedurları dövlət tərəfindən tamamilə pulsuz təmin edilirdi. Həmçinin xəstəliyə yoluxanların mütləq şəkildə müalicəyə cəlb olunması, yoluxma faktını gizlədənlərin isə cəzalandırılması kimi hüquqi tələblər tətbiq edildi.

Kəndlərdən şəhərə gələn sakinlərin ayaqyalın gəzmələri qəti şəkildə qadağan edilmişdi. Mütəxəssis Koyuncu həmin illəri görən yaşlıların hələ də çarıqlarını çiyninə asaraq şəhər mərkəzinə çarığı geyinməzdən əvvəl ayaqlarını yuduqlarından danışdıqlarını bildirib. 1935-ci il məlumatlarına görə, Rizedə təkcə bir ildə bu xəstəlikdən müalicə alanların sayı 138 min nəfərə çatmışdı.

Riyazi baxımdan bu rəqəm o dövr üçün kifayət qədər yüksək idi, çünki bölgənin ümumi əhalisi cəmi 271 min nəfər idi. Bu isə hər iki nəfərdən birinin xəstəlikdən əziyyət çəkdiyini göstərirdi.

Rəcəb Koyuncu özü də 1974-cü ildə bu xəstəliyə yoluxduğunu deyərək qeyd edib ki, həmin illərdə “kurt dərmanı” kimi bilinən preparat apteklərdə və hətta kənd dükanlarında asanlıqla tapılırdı. Onun bildirdiyinə görə, xəstəlik 1980-ci ildən etibarən Türkiyədə tamamilə yox olub və son 45 ildə yeni yoluxma qeydə alınmayıb.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 Noyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri