Türkiyədə böhran: Ərdoğan hökumətdə dəyişikliyə gedir
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sentyabr ayında Türkiyənin fond bazarında yaşanan böhranla əlaqədar hökumətdə kadr dəyişiklikləri baş verə bilər.
Teleqraf xəbər verir ki, bu barədə hökumətyönlü “Hürriyet” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, böhran Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasında (AKP) mənfi reaksiyaya səbəb olub:
“Partiyada günahkarların tapılaraq məsuliyyətə cəlb edilməsini tələb edirlər. Prezident vaxtı özü seçəcək və hansı addımın atılacağını özü müəyyənləşdirəcək. Amma AKP-nin bürokratik aparatı və Nazirlər Kabinetində kadr dəyişikliklərinin aparılması ilə bağlı çağırışlar artıb”.
“Hürriyet” həmçinin bildirib ki, Türkiyənin hakim partiyası oktyabrın 6-da böhranı araşdırmaq üçün parlamentə xüsusi komissiyanın yaradılması ilə bağlı təklif təqdim edəcək. Türkiyə parlamenti yay tətilindən sonra oktyabrın 1-də fəaliyyətini bərpa edir.
Birjada manipulyasiyalarla bağlı araşdırma fonunda maliyyə tənzimləyicisi - Kapital Bazarları Şurasının qərarı ilə böhranın əsas günahkarları hesab edilən beş investisiya fondu Türkiyə Əmanətlərin Sığortalanması Fondunun idarəçiliyinə verilib. Onların arasında “Tera” Holdinq də var. Türkiyənin ədliyyə naziri Akın Gürlek daha əvvəl bəyan etmişdi ki, sentyabr hadisələri zamanı qanunsuz yollarla əldə edilmiş bütün aktivlər müsadirə edilərək dövlətin mülkiyyətinə keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 01 Oktyabr 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















