Türkiyədə bu 3 partiya birləşir Yeni partiya qurulacaq
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Türkiyədə "Gələcək" , "Səadət" və "DEVA" Partiyaları birləşərək "Yeni Yol" adlı yeni siyasi partiya yaradacaqlar.
Milli.Az Türk mediasına istinadla xəbər verir ki, hər bir partiya 13 təsisçinin adını müəyyən edəcək və yeni partiyanın lideri deputat olmayan bir şəxs seçiləcək. Yeni partiyanın qurulması ilə əlaqədar müraciət yanvarın 10-u və ya 13-də Türkiyə Daxili İşlər Nazirliyinə təqdim ediləcək.
Səadət, Gələcək və DEVA partiyaları isə öz fəaliyyətlərini davam etdirəcəklər. Yeni partiyanın yaranması ilə TBMM-də yeni bir fraksiya yaradılacaq.
Partiya rəhbərləri, Əhməd Davudoğlu, Mahmud Arıkan və Əli Babacanın ictimaiyyətə birgə açıqlama verməsi gözlənilir.
Fidan
Milli.Az

3 partiya birləşir ADLAR
13 Noyabr 2024 12:22
3 partiya birləşir Yeni yolun sədri kim olacaq?
09 Yanvar 2025 10:11
Türkiyədə hansı partiya öndədir? SORĞU
10 Fevral 2025 18:12
Türkiyədə neçə siyasi partiya var?
24 Mart 2025 09:03
Türkiyədə milliyətçi partiya sədri həbs olundu
20 Yanvar 2025 23:14

