Türkiyədə bungalov fırıldağı əməliyyatında 50 nəfər saxlanıldı
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Sakarya və daha 12 əyalətində keçirilən əməliyyatda bunqalov kirayəsi adı ilə vətəndaşları aldadan cinayətkar qrupun 50 üzvü saxlanılıb.
Redaktor.az xəbər verir ki, Sakarya Baş Prokurorluğu koordinasiyasında aparılan araşdırmalar nəticəsində, şübhəlilərin bunqalov təsisatı hesablarına aid məlumatları ələ keçirərək saxta səhifələr yaratdığı və bu yolla ümumilikdə 263 min lirəlik dələduzluq etdiyi müəyyən edilib.
Əməliyyat çərçivəsində şübhəlilərin evlərində aparılan axtarışlarda GSM kartları, bankomat kartları, 12 qədim sikkə, qeyri-qanuni tapança və güllələr aşkarlanıb. Bundan əlavə, şübhəlilərin cinayət yolu ilə əldə etdiyi 15 milyon lirə dəyərində 10 minik avtomobili və 1 milyon 100 min lirəlik zinət əşyaları müsadirə edilib.
İstintaq davam edir.
Kənan YUSİF
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 18 İyun 2025 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















