Türkiyədə CHP dən olan sabiq bələdiyyə sədri həbs olundu
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyədə Cümhuriyyət Xalq Partiyasından (CHP) olan sabiq bələdiyyə sədri Turqay Erdem və həyat yoldaşı da daxil olmaqla ümumilikdə 22 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Oxu.Az "İhlas" xəbər agentliyinə istinadən xəbər verir ki, saxlanılan şəxslərdən 15 nəfəri barədə həbs qərarı çıxarılıb.
Həbs olunanlar arasında Bursa bölgəsinin Nilüfer şəhərinin sabiq bələdiyyə sədri Turqay Erdem də var. Tutulanların əmlaklarına həbs qoyulub.
Həbs olunanlar cinayətkar təşkilat yaratmaq, rüşvətxorluq və digər qanunsuz əməllərdə ittiham edilirlər.
Əməliyyat çərçivəsində axtarışlar zamanı nağd pul, zinət əşyaları, daşınmaz əmlak, nəqliyyat vasitələri, bank və kriptovalyuta hesabları ələ keçirilib.
İstintaqın ciddi şəkildə aparıldığı və hadisələr barədə ictimaiyyətə geniş məlumat veriləcəyi bildirilir.


