Icma.az
close
up
RU
Türkiyədə doğum səviyyəsi 11 ci ildir azalmaqdadır

Türkiyədə doğum səviyyəsi 11 ci ildir azalmaqdadır

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə 11 ildir, 2014-cü ildən əhalinin hər bir nəfərinə düşən doğum səviyyəsi azalmaqdadır. Artıq ölkədə fasiləsiz davam edən bu vəziyyət əhalinin özünüyeniləmə səviyyəsi kimi qəbul edilən 2,10 həddindən nəzərəçarpacaq dərəcədə aşağı düşüb.

AZƏRTAC xəbər verir ki, mütəxəssislər Türkiyə əhalisinin artım sürətinin son illərdə nəzərəçarpacaq dərəcədə yavaşlamasını ölkənin demoqrafik vəziyyətinə köklü və qalıcı dəyişikliklərə yol aça biləcəyini bildiriblər. Onların fikrincə, doğum səviyyəsindəki geriləmə uzunmüddətli perspektivdə təkcə əhali artımını yavaşlatmaqla kifayətlənməyəcək, həm də işçi qüvvəsinin azalması, sosial təminat sisteminə yükün artması, səhiyyə və baxım xərclərinin yüksəlməsi kimi bir çox problemlərin yaranmasına da səbəb olacaq.

Türkiyənin Statistika Qurumunun (TÜİK) apardığı araşdırmaya görə, ölkədə ümumi doğum əmsalı 2001-ci ildə hər qadına 2,38 uşaq olduğu halda, 2024-cü ildə 1,48-ə düşüb.

Türkiyənin yaşadığı bu demoqrafik vəziyyəti dəyərləndirən TÜİK sədrinin müavini Furkan Metin doğum əmsalının 1,4-ə enməsini həyəcan təbili kimi xarakterizə edib. O qeyd edib ki, Türkiyə ötən ildən etibarən “çox yaşlı ölkələr” sinfinə daxil olub və növbəti 25 il ərzində ölkədə yaşlı əhali nisbəti 25 faizdən artıq ola bilər. Doğum səviyyəsindəki azalma bu şəkildə davam edərsə, təxminən 40 il ərzində Türkiyənin orta yaşı həddi 45-i keçə bilər.

Hazırda çox ciddi əhali böhranı yaşandığını, doğum səviyyəsindəki azalmanın daha 10 il davam etməsi halında geri dönüşü olmayan bir mərhələyə keçilə biləcəyini bildirən F.Metin, həmçinin Türkiyənin qeysəriyyə doğum nisbətinə görə dünyada ilk sırada olduğunu deyib. O, Avropanın bir çox ölkəsinin yaşlanma ilə bağlı yaşadığı problemlərin Türkiyədə də görülməyə başlayacağını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Dekabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri