Icma.az
close
up
RU
Türkiyədə dövriyyəyə saxta 600 milyon dollar buraxılıb? İQTİSADÇI AÇIQLADI

Türkiyədə dövriyyəyə saxta 600 milyon dollar buraxılıb? İQTİSADÇI AÇIQLADI

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Türkiyədə son zamanlar saxta dollarlarla bağlı narahatlıq yaşanır. Bəzi iddialara görə, bazarda 600 milyon dollarlıq saxta 50 və 100 dollarlıq əskinaslar var. Bildirilir ki, bu saxta dollarlar heç bir problem olmadan pul sayan maşınlardan keçir.

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı terkiyəli ekspert Mehmet Ali Yıldırımtürk açıqlamalar verib.

“10 gün əvvəl yalnız 50 dollarda dələduzluq halları var idisə, indi 100 dollarda da var. Bu problem xüsusilə yaxınlarda zərb edilən açıq yaşıl 100 dollarlıq əskinaslarda yaşanır. Lakin tünd rəngli dollarlar heç bir problem olmadan pul sayan maşınlardan keçir. Mərkəzi Bank saxta pulların aşkarlanması ilə bağlı yoxlama aparır. Valyuta sayan maşınlarda dəmir hissəcikləri var. Bu maşınlar müvafiq olaraq proqramlaşdırılmışdır. Lakin maşınları yeni proqram təminatı ilə yeniləmək lazımdır ki, onlar təkcə dəmir parçaları deyil, həm də klişeləri ayırd edə bilsinlər" - o bildirib.

Yıldırımtürk saxta pulların daha çox bayramqabağı və turizm dövrlərində dövriyyəyə girdiyinə diqqət çəkib, lakin bu məsələnin tezliklə gündəmdən düşəcəyini bildirib.

Saxta dollar qorxusu bazarlara böyük təsir göstərməsə də, bunun xarici valyutaya olan marağa mənfi təsir göstərə biləcəyi bildirilir. Qeyd edilir ki, son vaxtlar valyuta tələbində azalma müşahidə olunur, çünki xarici bazarda dollar bahalaşsa da, daxili bazarda sabit qalmaqda davam edir. Xarici valyutaya sərmayə qoymaq istəyənlərin valyutadəyişmə məntəqələrindən pul almaq əvəzinə banklara üstünlük verməsi vurğulanır. Valyuta məntəqəsindən istifadə etməyin təhlükəsiz olub-olmamasından narahat olanlar üçün banklar daha təhlükəsiz seçim kimi görünür.

Yıldırımtürk: “Valyuta məntəqəsindən alış-veriş etmək istəyənlər şəxsiyyət vəsiqələrini göstərib qəbz almalıdırlar. Bu, pulun mənbəyini izləyə bilmək üçün vacibdir", - deyə əlavə edib. /bakupost.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Noyabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri