Türkiyədə əməliyyat 50dən çox şəxs saxlanılıb
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Türkiyə xüsusi xidmət orqanları "İslam Dövləti" terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 54 nəfəri saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində yazıb.
"18 vilayətdə İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyatlar çərçivəsində 54 nəfər saxlanılıb. Prokurorluq tərəfindən saxlanılanlarla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə 20 nəfər həbs edilib. Digər əməliyyatlar davam edir", - o bildirib.
Qeyd edək ki, il ərzində İŞİD-lə əlaqədə şübhəli bilinən 3 mindən çox şəxs saxlanılıb.

Türkiyədə İŞİDlə əlaqədə şübhəli bilinən 50dən çox şəxs saxlanılıb
26 Noyabr 2024 10:29
Türkiyədə İŞİDlə əlaqəsi olan 50dən çox şübhəli saxlanılıb
26 Noyabr 2024 10:02
Türkiyədə əməliyyat: 270 şübhəli şəxs tutulub
11 Noyabr 2024 13:04
Türkiyədə İŞİDə əməliyyat: 23 şübhəli saxlanılıb
13 Yanvar 2025 14:41
Türkiyədə ƏMƏLİYYAT: yüzdən çox saxlanılan var
27 Noyabr 2024 10:10

