Icma.az
close
up
RU
Türkiyədə Ermənistanla sərhədin açılması üçün hazırlıq başladı KİV

Türkiyədə Ermənistanla sərhədin açılması üçün hazırlıq başladı KİV

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesi çərçivəsində sərhəd-keçid məntəqələrinin açılması istiqamətində işlər sürətlənib. Bu kontekstdə iki ölkə arasında mühüm keçid nöqtələrindən biri olan Alican sərhəd-keçid məntəqəsində texniki araşdırma və hazırlıq tədbirləri başlanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Ermenihaber” məlumat yayıb.

Mənbə bildirib ki, Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədən sonra sülh sazişinin paraflanması Ankara və İrəvan araqsında normallaşma prosesinə də töhfə verib:

“Bu prosesin praktik addımlarından biri kimi, Azərbaycanın ötən həftə Ermənistana yanacaq tədarükü həyata keçirməsi ilk ticarət təşəbbüsü olub. Türkiyə ilə Ermənistan arasında diplomatik təmasların irəliləməsi fonunda Alican keçid məntəqəsində aparılan işlərin məqsədi ilkin mərhələdə keçidi Marqara körpüsü vasitəsilə yükdaşımaları üçün açmaq, sonrakı mərhələdə isə sərnişin daşımalarına imkan yaratmaqdır.

Layihə çərçivəsində Alican üçün əlavə yolun tikintisi nəzərdə tutulur. Yolun Karakoyunlu rayonu qovşağı və Zəngəzur dəhlizinə birləşdirilməsi planlaşdırılır ki, bu da Iğdır istiqamətində əlaqələrin yaxşılaşdırılması və regional ticarət və logistika imkanlarının artırılmasına şərait yaradacaq.

Iğdır valisi Ercan Turan, Miqrasiya Xidmətinin rəhbəri Hüseyn Kökrə, Müdafiə Nazirliyinin Logistika Baş İdarəsinin müvəqqəti rəhbəri general-mayor Ahmet Hamdi Ataç və bir sıra dövlət qurumlarının nümayəndələri bu məqsədlə Alican keçid məntəqəsinə baxış həyata keçirilib. Sərhəd zonasında texniki infrastrukturun təkmilləşdirilməsi, mövcud standartların yüksəldilməsi və logistik potensialın gücləndirilməsi məsələləri müzakirə olunub”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Dekabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see175

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see140

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see137

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see136

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri