Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Türkiyədə əxlaqsız trend yayılıb: Müsəlman ölkəsi olsa da... AÇIQLAMA (VİDEO)

Türkiyədə əxlaqsız trend yayılıb: Müsəlman ölkəsi olsa da... AÇIQLAMA (VİDEO)

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə son günlərdə sosial şəbəkələrdə yayılan yeni trend birmənalı qarşılanmayıb. Qısa müddət ərzində yayılan tendə əsasən qadınların bir-birilərinin həyat yoldaşlarını qucaqlaması, digər bir qadının isə həmin anları videoya çəkməsi əks olunur. Sözügedən görüntülər sosial pltatformalarda sürətlə paylaşılaraq diqqət çəkib. Bəzi istifadəçilər bu davranışı normal dəyərləndirsələr də, cəmiyyətin bir hissəsi bunu ailə institutuna və mənəvi dəyərlərə hörmətsizlik kimi qəbul edir. Müzakirələr fonunda səsləndirilən əsas narahatlıq isə ondan ibarətdir ki, bu cür davranışların getdikcə adiləşdirilməsi əxlaqi sərhədlərin silinməsinə, qəbulolunmaz halların normal kimi təqdim edilməsinə yol açır. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, bu kimi trendlərin müəyyən məqsədə xidmət etdiyi açıqdır:
“Təbii ki, bəzi insanlar bunu normal hal kimi qəbul edə bilər. Qərb modelində müəyyən dairələr və çevrələr üçün bu adi qarşılanır. Lakin əslində bu, dolayısı ilə insanların şüurunu bəzi qəbulolunmaz faktlara, proseslərə və ya davranışlara alışdırmaq məqsədi güdən yanaşmadır. Türkiyə Qərblə bizə nisbətən daha sıx əlaqədə olduğu, bu sistemin bir hissəsi sayıldığı üçün Qərb davranışlarının Türkiyənin böyük şəhərlərinə İstanbul, Ankara, İzmir kimi mərkəzlərə daha ciddi təsir göstərməsi müşahidə olunur. Bu səbəbdən də belə trendlərin yayılması təsadüfi deyil. Çünki həm Azərbaycanda, həm də Türkiyədə trendlərin arxasınca gedən, Türkiyədə baş verən hər bir hadisəni müəyyən mənada norma kimi qəbul edən insanlar var. Təbii ki, bu, milli, sivil və siyasi münasibətlərin sıxlığı ilə də bağlıdır. Belə məsələlərdə həssas, diqqətli və mental baxımdan məsuliyyətli davranmaq olduqca vacibdir. Bu həm Türkiyə, həm də Azərbaycan üçün həssas məsələdir. Bu cür trendlərin Azərbaycana daşınması məqsədəuyğun deyil. Açığı, Türkiyə üçün də tövsiyə olunası bir hal deyil. Onlar bu kimi məsələləri öz daxilində həll edirlər, lakin bu məsələlərin Azərbaycana potensial təhdid kimi gətirilməsi xoşagəlməz və arzuolunmazdır. Çünki şəxsi münasibətlərdə müəyyən məhrəmlik anlayışı var. Bu anlayış xüsusilə İslam dəyərlərindən qaynaqlanır”. 
O deyib ki, Türkiyə müsəlman ölkəsi olaraq bu dəyərləri ən çox təbliğ edən ölkələrdən biridir:
“Lakin buna baxmayaraq, bəzən Türkiyədə də bu məhrəmlik anlayışının pozulmasına cəhdlər edilir. Hətta bu dini aspekti bir kənara qoysaq belə, insanın dəyərləri çərçivəsində doğmalıq, yaxınlıq və uzaqlıq anlayışları mövcuddur. Bu məsələ halal və haram anlayışları ilə də cəmiyyətdə müəyyən qədər normalaşdırılıb və xüsusi bir dəyər kimi qəbul olunur. İnsan üçün öz həyat yoldaşı onun ən doğma və yaxın insanıdır. Kənar şəxslə bunu müqayisə etmək, bunu trendə çevirmək, hansısa obraz altında təqdim edib əvəzləmə cəhdlərinə yol vermək həm əxlaqi-mənəvi baxımdan, həm də halal-haram çərçivəsində qəbuledilməz və yolverilməzdir. Eyni zamanda bu, etnik və ictimai baxımdan da ciddi qınağa səbəb olacaq bir məsələdir. Bu mövzuda ictimai qınaq kifayət qədər güclü olmalı, insanlar bu cür halların qarşısında susmamalı və geri çəkilməməlidirlər. Mütəxəssislərin üzərinə isə böyük məsuliyyət düşür. Bu məsuliyyət ondan ibarətdir ki, bu cür davranışların qəbuledilməzliyini əsaslandırılmış şəkildə izah etsinlər, dəqiqləşdirsinlər və ictimaiyyətə düzgün formada təqdim etsinlər”.
Leyla Turan
Demokrat.az

 
@turkportal Birbirlerinin eşlerine sarılarak tepkilerini kayıt eden kadınlar o anları sosyal medyada paylaştı... #düğün #aile #dua #kadın #deprem ♬ orijinal ses - TURK Portal
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Fevral 2026 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see352

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see333

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see313

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see307

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see305

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see297

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see288

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see272

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see272

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see257

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see251

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see242

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see233

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see229

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see228

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see226

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see222

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see217

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see214

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri