Türkiyədə FETÖ əməliyyatları 223 nəfər saxlanılıb
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Türkiyədə son 20 gündə hüquq mühafizə orqanları tərəfindən FETÖ terrorçu qruplaşmasına qarşı aparılan əməliyyatlarda 223 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz rəsmi “X” səhifəsində məlumat paylaşıb.
“FETÖ-nün “gizli strukturlar”ı daxilində fəaliyyət göstərən, FETÖ-nün şifrəli rabitə proqramı olan “ByLock”dan istifadə edən, taksafonlar vasitəsilə təşkilat daxilindəki şəxslərlə əlaqəni davam etdirən, təşkilata bağlı kiçik sahibkarlar vasitəsilə maddi dəstəyi təmin edən 223 şübhəli saxlanılıb”, – deyə nazir bildirib.
Saxlanılan şəxslərdən 87-si barəsində həbs qətimkan tədbiri seçilib, 50 nəfər ölkəni tərk etməmək haqda yazılı iltizamnamənin alınmasından sonra sərbəst buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 06 Yanvar 2026 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















