Türkiyədə gənə terroru gənələr 6 nəfəri öldürüb
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyədə gənə dişləmələri nəticəsində yayılan virus səbəbilə ölüm halları qeydə alınıb.
Modern.az xəbər verir ki, Sivas və Tokat vilayətlərində ümumilikdə 6 nəfər gənə vasitəsilə ötürülən virusun qurbanı olub.
Məlumata görə, ölənlərdən biri Tokatın Artova rayonunun Poyrazalan kəndində yaşayan 60 yaşlı heyvandar olub. O, yüksək hərarət şikayəti ilə tibb müəssisəsinə müraciət etsə də, aparılan müalicə nəticə verməyib. Daha sonra Sivasdakı klinikaya köçürülən xəstəyə Krım-Konqo hemorragik qızdırması (KKHQ) diaqnozu qoyulub. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilib ki, həmin şəxsin gənəni özü çıxarmağa çalışması vəziyyətin ağırlaşmasına və fəsadların yaranmasına səbəb olub.
Rəsmilər əhaliyə ehtiyatlı olmağı və xüsusilə kənd təsərrüfatı ilə məşğul olanların diqqətli davranmasını tövsiyə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 04 İyul 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















