Türkiyədə genişmiqyaslı əməliyyat: 307 nəfər saxlanıldı
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyədə son bir ay ərzində dələduzluq və çirkli pulların yuyulmasına qarşı həyata keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində yüzlərlə şübhəli saxlanılıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Polis Baş İdarəsinin İctimai Asayiş Departamentinin yaydığı məlumata görə, ölkənin 23 vilayətində "Kvalifikasiyalı dələduzluq" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (pul yuyulması)" cinayətləri üzrə ümumilikdə 45 əməliyyat keçirilib.
Əməliyyatlar zamanı 307 şübhəli şəxs saxlanılıb. Araşdırmalar zamanı onların bank hesablarında ümumi dövriyyənin 5 milyard 388 milyon türk lirəsi təşkil etdiyi müəyyən edilib.
Rəsmi açıqlamada bildirilib ki, qanunsuz yollarla gəlir əldə etməyə çalışan cinayətkar şəbəkələrin və çirkli pulların leqallaşdırılması ilə məşğul olan qrupların ifşa edilməsi istiqamətində hüquq-mühafizə orqanlarının fəaliyyəti fasiləsiz davam etdirilir.
Qurum qeyd edib ki, bu istiqamətdə təhlükəsizlik qüvvələri və aidiyyəti dövlət strukturları ilə koordinasiyalı şəkildə mübarizə bundan sonra da qətiyyətlə davam etdiriləcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 02 İyul 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















