Türkiyədə güclü külək hava limanında problem yaradıb: Təyyarələr havada qalıb
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin İstanbul, Ankara, Antalya şəhərlərində əlverişsiz hava şəraiti təyyarələrin hərəkətində problemlər yaradıb.
İstanbulda təsirli olan cənub-qərb küləyi və şiddətli yağış səbəbindən təyyarələr təxminən 2 saat ərzində Sabiha Gökçen hava limanına enə bilməyib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, təyyarələr havada fırlanmağa davam edib. Yanacağı bitməkdə olan "Pegasus", "AJet" və digər hava yollarına məxsus təyyarələr isə digər hava limanlarına təcili eniş etməli olub.
Həmçinin hava limanlarında uçuşlarda fasilələr yaranıb, bəzi reyslər ləğv edilib.


Rusiyada təyyarələr hava limanında toqquşub
27 İyun 2025 21:36
Təyyarələr havada dövrə vurdu
12 Fevral 2025 17:04
Pensilvaniya hava limanında təyyarələr toqquşdu Yaralananlar var FOTO
19 Noyabr 2024 15:47
Təyyarələr hava ilə işləyəcəklər
20 İyun 2025 13:49
İtaliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havada toqquşub
07 May 2025 13:04

