Türkiyədə güclü zəlzələ gözlənilir? Mütəxəssis açıqladı
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məşhur türkiyəli zəlzələ üzrə mütəxəssis, seysmoloq Naci Görür bu səhər Van bölgəsində baş vermiş 5.2 bal gücündə zəlzələdən sonra açıqlama verib. O, növbəti zəlzələnin olub-olmayacağına dair fikrini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Vanın Tuşba rayonunda 5.2 bal gücündə zəlzələ Ağrı, Bitlis, İğdır və Hakkaridə də hiss olunub və qısamüddətli çaxnaşmaya səbəb olub.
Naci Görür zəlzələnin Van-Yeşilköşk qırılma xətləri arasında baş verdiyini bildirib və bu bölgənin 7 bal gücünə qədər zəlzələ yarada biləcəyini qeyd edib. Lakin o, həmçinin hazırda daha böyük bir zəlzələnin gözlənilmədiyini də əlavə edib.
Qeyd edək ki, bu gün səhər Türkiyənin Van bölgəsində 5.2 bal gücündə zəlzələ baş verib və dərinliyi 13.24 kilometr olaraq müəyyən edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:177
Bu xəbər 04 Aprel 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















