Türkiyədə hava desant briqadasının qərargahında yanğın baş verib
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Türkiyənin Kütahya vilayətində hava-desant briqadasının qərargahında yanğın baş verib.
"Report" xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Qeyd olunub ki, yanğın bufetdə gedən təmir işləri zamanı başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər görülür.
Məlumata görə, hadisə nəticəsində ölən və ya yaralanan yoxdur.

