Türkiyədə hava şarları sərt eniş etdi Ölən və xəsarət alanlar var
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Aksaray şəhərinin İhlara vadisindən havaya qalxan hava şarları güclü külək səbəbindən sərt eniş edib.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, qəza nəticəsində pilot həyatını itirib, turistlər isə yaralanıb.
Aksaray valisi Mehmet Ali Kumbuzoğlu pilotun ayaqlarının kəndirə ilişdiyi üçün səbətdən yıxıldığını qeyd edib:
“Təəssüf ki, pilotumuz səbətin altında qalıb və dünyasını dəyişib. Turistlərimizin vəziyyəti yaxşıdır. Təcili yardımla xəstəxanaya çatdırdıq”.
Onun sözlərinə görə, hadisə zamanı 19 indoneziyalı turist xəsarət alıb.
Həmçinin İhlara vadisindən havaya qalxan başqa bir hava şarının Güzelyurt rayonunun Belisırma kəndi yaxınlığında sərt eniş etdiyi və 12 hindistanlı turistin yüngül yaralanaraq xəstəxanaya aparıldığı bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 15 İyun 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















