Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi ölüb VİDEO YENİLƏNİB
Türkiyənin İsparta vilayətində hərbi helikopter qəzaya uğraması nəticəsində 5 hərbçi ölüb, bir nəfərin axtarışı davam edir.
APA-nın xəbərinə görə, bu barədə açıqlamanı Isparta valisi Abdullah Erin verib.
12:32
Türkiyənin İsparta əyalətinin Keçiborlu rayonunda hərbi helikopter yanacaqdoldurma məntəqəsinin yanında qəzaya uğrayıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə DHA məlumat yayıb.
Hadisə yerinə təcili yardım və xilasetmə briqadaları göndərilib.
İspartanın Bələdiyyə başqanı Şükrü Başdeğirmən faktı təsdiqləyib.
O hadisə yerinə çox sayda təcili yardım və yanğınsöndürən avtomobillərinin cəlb olunduğunu bildirib.
Helikopterdəki hərbçilərin sayı barədə informasiya yoxdur.
Tural Əsədi
Fərid Azəri
Baxış sayı:48
Mənbə:https://apa.az