Türkiyədə Heydər Əliyevin xatirəsi yad edilib
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Türkiyənin paytaxtı Ankarada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "X" sosial şəbəkəsində hesabında paylaşım edib.
Səfirliyin əməkdaşları Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar.
Onlara TANAP və “SOCAR Türkiye”nin əməkdaşları, Ankaradakı Heydər Əliyev adına orta məktəbin müəllim və şagirdləri, eləcə də Türkiyədə yaşayan azərbaycanlılar da qoşulublar.

Türkiyədə Heydər Əliyevin xatirəsi yad edilib
11 Dekabr 2024 15:00
