Türkiyədə hotel faciəsi ilə bağlı iki məmur HƏBS EDİLDİ
Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kartalkaya xizək kurortunda 76 nəfərin ölümü ilə nəticələnən hotel yanğınından sonra Bolu bələdiyyə sədrinin müavini və yerli yanğınsöndürmə idarəsinin rəis müavini saxlanılıblar.
Sfera.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb.
Televiziya şirkətinin məlumatına görə, həbs yanğınla bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib.
Daha əvvəl iş üzrə hotelin sahibi də daxil olmaqla 9 nəfər saxlanılıb.
Xatırladaq ki, istirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub. Yanvarın 22-də Türkiyədə milli matəm elan edilib.
Baxış sayı:158
Bu xəbər 22 Yanvar 2025 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















