Türkiyədə iki hava şarı yerə çırpılıb: Bir pilot ölüb, 31 turist yaralanıb
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin Aksaray vilayətində havaya qalxmış iki hava şarı güclü külək səbəbindən sərt eniş edərək yerə çırpılıb.
Oxu.Az bu barədə "Anadolu" agentliyinə istinadla xəbər verir.
Aksaray valisi Mehmet Ali Kumbuzoğlunun sözlərinə görə, hava şarları Ihlara Vadisindən havaya qalxıblar və onlardan biri Gözlukuyu kəndi yaxınlarında yerə düşüb:
"Qəza nəticəsində hava şarının pilotu ölüb. 19 indoneziyalı turist isə yüngül yara alıb. Pilotun ayaqları ipə dolaşdığı üçün hava şarından yerə düşüb. O, hava şarının səbətinin altında qalaraq keçinib. Turistlər xəstəxanaya yerləşdiriliblər".
Ihlara vadisindən havaya qalxmış başqa hava şarı Güzelyurt rayonunun Belisırma kəndi yaxınlarında sərt eniş edib. Hadisə nəticəsində 12 hindistanlı turist yaralanıb. Onlar xəstəxanaya çatdırılıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 15 İyun 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















