Türkiyədə İŞİD ə qarşı əməliyyatda 3 polis əməkdaşı şəhid olub, 6 terrorçu zərərsizləşdirilib YENİLƏNİB
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Türkiyənin Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı 3 polis əməkdaşı şəhid olub.
APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, 8 polis əməkdaşı və bir mühafizəçi yaralanıb, 6 terrorçu zərərsizləşdirilib.
***
07:41
Türkiyənin Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı 7 polis əməkdaşı yaralanıb.
APA xəbər verir ki, Vilayət Polis İdarəsinin qrupları şəhər mərkəzinə yaxın, Elmalık kəndinə gedən yolda yerləşən bir evdə İŞİD-ə qarşı əməliyyat keçirib.
Əməliyyat zamanı polislə qruplaşma üzvləri arasında baş verən atışmada yeddi polis əməkdaşı yaralanıb.
Bursadan göndərilən xüsusi təyinatlı polis dəstələrinin dəstəyi ilə əməliyyatın davam etdiyi bildirilir.
Yaralanan polislərin vəziyyəti yaxşıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 29 Dekabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















