Türkiyədə İŞİD ə qarşı genişmiqyaslı əməliyyat: 104 şübhəli saxlanıldı
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Türkiyənin hüquq-mühafizə orqanları İŞİD terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 104 şəxsi ələ keçirib.
Moderator.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Daxili İşlər Nazirliyinin "X" media hesabında yayımlanıb.
"Jandarm qüvvələrinin 30 vilayətdə İŞİD terror qruplaşmasına qarşı icra etdiyi əməliyyatlar nəticəsində 104 şübhəli şəxs saxlanılıb. İstintaq zamanı məlum olub ki, həmin şəxslər təşkilatla əlaqədar insanlar və qondarma xeyriyyə fondları vasitəsilə İŞİD-ə maddi yardım göstərib, həmçinin sosial platformalarda terror təşkilatının təbliğatını aparıblar", - deyə qurumun bəyanatında qeyd olunub.
Axtarış və əməliyyat tədbirləri xüsusilə İstanbul, Antalya, Bursa, Konya və digər bölgələri əhatə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 07 Avqust 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















