Türkiyədə İŞİD lə əlaqədə şübhəli bilinən 160 dan çox adam saxlanıldı (VİDEO)
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin hüquq-mühafizə orqanları ölkənin 21 vilayətində genişmiqyaslı antiterror əməliyyatı keçirərək İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 164 nəfəri saxlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" (Twitter) platformasında məlumat verib.
Əməliyyat "GÜRZ-44" kod adı altında İŞİD terror təşkilatına qarşı keçirilib.
"Son bir həftə ərzində 21 vilayətdə fəaliyyət davam etdirilib, bu terror təşkilatının 164 şübhəli üzvü saxlanılıb", – deyə nazir bildirib.
Türkiyənin daxili işlər naziri əlavə edib ki, əməliyyat nəticəsində saxlanılan şəxslərin Türkiyə ərazisində İŞİD fəaliyyətinə cəlb edilməsi, terrorçulara maliyyə dəstəyi göstərməsi müəyyən edilib.
Bundan əlavə, xüsusi təyinatlı qüvvələr qanunsuz odlu silahlar – tapançalar və tüfənglər, həmçinin böyük həcmdə rəqəmsal materiallar ələ keçirib.
Xatırladaq ki, yanvarın 14-də Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin beş vilayətində FETÖ və İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslərə qarşı antiterror əməliyyatı keçirib.
Fevralın 4-də isə ABŞ Mərkəzi Komandanlığının qüvvələri İraqda yüksək dəqiqlikli hava zərbəsi endirərək İŞİD-in beş döyüşçüsünü məhv edib.
Alpər
21 ilde DEAŞ Terör Örgütüne yönelik son 1 haftadır devam eden "GÜRZ-44” operasyonlarında; 164 şüpheli Terör Örgütü mensubu yakalandı. ❗️
— Ali Yerlikaya (@AliYerlikaya) February 5, 2025
Toplumsal dayanışmamız ve ortak değerlerimiz, terörün yayılmasını önlemede en etkili savunma mekanizmalarından biridir. Terörü ülkemizden… pic.twitter.com/YVAz4Vezhv
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 05 Fevral 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















