Türkiyədə keçmiş AKP li deputat həbs edildi
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən kapital bazarlarında aparılan əməliyyatlarla bağlı həyata keçirilən “fond təhqiqatı” çərçivəsində saxlanılan keçmiş AK Partiya deputatı və araşdırma şirkətinin təsisçisi Ertan Aydın haqqında həbs qərarı çıxarılıb.
“Qafqazinfo” “TRT Haber”ə istinadla xəbər verir ki, məhkəmənin daha əvvəl sabiq deputat barəsində çıxardığı məhkəmə nəzarəti qərarına prokurorluq tərəfindən rəsmi etiraz edilib.
Prokurorluğun etirazını dəyərləndirən məhkəmə heyəti E. Aydın haqqında həbs qətimkan tədbirinin seçilməsinə və onun barəsində həbs qərarı çıxarılmasına hökm edib.
Məlumat üçün bildirək ki, daha əvvəl prokurorluq Ertan Aydının həbs edilməsini tələb etsə də, sülh cəza hakimliyi onun barəsində “yaşayış yerini tərk etməmək” (ev həbsi) və “ölkədən çıxış qadağası” şərti ilə məhkəmə nəzarəti qərarı verərək sərbəst buraxmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 25 Oktyabr 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















