Türkiyədə kəndçilər dəliyə döndü Fındıq ağaclarını baltaladılar (Video)
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Trabzon şəhərində fındıq istehsalçıları məhsulun qiymətindən narazılıqlarını sərt formada ifadə ediblər.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fındığın satış qiymətinin gözləntiləri qarşılamadığını bildirən bəzi sakinlər buna etiraz olaraq bağlarındakı fındıq ağaclarını baltayla kəsiblər.
İstehsalçıların bu addımı sosial şəbəkələrdə yayılan görüntülərlə gündəmə gəlib və geniş müzakirələrə səbəb olub. Videolarda sakinlərin qulluq etdikləri fındıq ağaclarını kəsdiyi görünür.
Hadisə istifadəçilər arasında müxtəlif reaksiyalar doğurub. Bəziləri istehsalçıların qiymətlərdən narazılığını anlayışla qarşılasa da, ağacların məhv edilməsini tənqid edənlər də olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 27 Avqust 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















