Türkiyədə konsert faciəsi Ölənlər var
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İstanbulda keçirilən konsert zamanı faciə yaşanıb.
"Cebheinfo.az" Türkiyə mediasına istinadən xəbər verir ki, “Unreal x Jeton”un İstanbul Konqres Mərkəzində ötən gün baş tutan konsertində üç nəfərin halı pisləşib.
Belə ki, gecə saat 03:15 radələrində konsertə qatılan 29 yaşlı Furkan Aksu, 33 yaşlı T.M. və 24 yaşlı Mahmud Sami Ramazanoğlunun halı pisləşib.
Həkimlərin səylərinə baxmayaraq, Furkan Aksu ilə Mahmud Sami Ramazanoğlunun həyatını xilas etmək mümkün olmayıb.
Üçüncü şəxsin də həyatı hələ də təhlükə altındadır.
İlkin ehtimallara görə, hadisəyə səbəb alkoqol və narkotik vasitələr ola bilər.
Qeyd edək ki, konsertdə təxminən 5 min nəfərin iştirak etdiyi müəyyən edilib. Saat 21:00-dan 04:00-dək davam edən tədbirə yalnız 18 yaşdan yuxarı şəxslər buraxılıb və ərazidə alkoqollu içkilərin təqdim edildiyi bildirilib. Hadisədən sonra konsert məkanı boşaldılıb, faktla bağlı araşdırma başlanılıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:76
Bu xəbər 18 Oktyabr 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















