Türkiyədə may ayı üçün feyr pley mükafatını kimlər qazandı?
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Türkiyə Futbol Federasiyası hər ay feyr-pley mükafatının qaliblərini müəyyənləşdirir. Qalibləri Feyr-pley və Sosial Məsələlər üzrə Komitə seçir. Onların adları federasiyanın saytında yerləşdirilir.
"Football-plus.az" xəbər verir ki, artıq may ayının qalibləri də bəllidi. TFF-nin saytında yerləşdirilən xəbərdə ''Qalatasaray''ın U-14 komandası, ''Trabzonspor'', ''Konyaspor'', ''Beşiktaş'' və eləcə də ''Beşiktaş''ın kapitanı Nəcip Uysal bu mükafata layiq görülüb.
''Qalatasaray''ın U-14 komandası ''Bursaspor''la oyunda rəqib oyunçu zədəli şəkildə yerdə yıxılarkən qol vurmuşdu. ''Qalatasaray''lılar bunu fərq etməmişdi, bu üzdən onlar mərkəzdən oyuna başlayan ''Bursaspor''lulara qol vurmağa şərait yaratmışdılar. ''Trabzonspor'' tribunalardan birinə Mattia Ahmet Minquzzinin adını verdiyinə görə mükafat alıb. ''Trabzonspor'' fanatı kimi tanınan, italyan ata və türk ananın övladı olan 14 yaşlı Minquzzi yanvarda İstanbulda bıçaqlanaraq öldürülmüş, bu hadisə Türkiyədə böyük rezonans doğurmuşdu.
''Konyaspor'' kubokun yarımfinalında ''Qalatasaray''la oyundan öncəki fəaliyyətinə görə seçilib. Həmin oyundan öncə meydana Qəzzada yaralanan və şikəst qalan fələstinli uşaqlar da çıxmışdı. ''Konyaspor''lu futbolçular da meydana İsrail əleyhinə pankartla çıxmışdılar. ''Beşiktaş'' ''Hatayspor''u məğlub etdikdən sonra bu komandanın elitada düşməsi rəsmiləşmişdi. Final fitinin ardından ''Beşiktaş''lı futbolçular rəqib oyunçularla əl-ələ tutaraq tribunaları salamlamışdı.
Nəcip Uysal isə ''Fənərbaxça'' ilə derbidən sonrakı hərəkətinə görə mükafata layiq görülüb. ''Beşiktaş''ın minimal hesabla qalib gəldiyi matçın ardından futbolçular qələbəni tribunaların önündə qeyd edərkən Nəcip komanda yoldaşlarına göstərişlər vermişdi. O komanda yoldaşlarından sevinci şişirtməməyi xaiş etmişdi.
Baxış sayı:131
Bu xəbər 17 May 2025 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















