Türkiyədə mərc qalmaqalında 20 nəfər həbs edildi Adlar Fotolar
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Türkiyə futbol dünyasında mərc ittihamları ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində aralarında hakim Zorbay Küçük, futbolçular Salih Malkoçoğlu və Tolqa Kalenderin də olduğu 19 şübhəli növbətçi məhkəmə tərəfindən məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
“Qafqazinfo” xəbər verir ki, eyni iş üzrə “Fənərbağça”dan Mert Hakan Yandaş, “Qalatasaray”dan Metehan Baltacı, “Adana Dəmirspor”un keçmiş prezidenti Murat Sancak və Alassane Ndao da daxil olmaqla, 20 nəfər həbs edilib.
İstintaq materiallarına əsasən, Mert Hakan Yandaşın “Fənərbağça” matçları da daxil olmaqla, müxtəlif oyunlara mərc etdiyi, həmçinin, Ersen Dikmenə 4 milyon 453 min 62 lirə pul köçürdüyü müəyyən olunub.
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırmada bir sıra futbol hakimləri, oyunçular və klub rəsmilərinin də mərc fəaliyyətlərinə qarışdığı iddia olunur.
Prokurorluq ifadəsindən sonra Zorbay Küçük, Abdulsamet Burak, Cengiz Demir, Erhan Çelenk, İsmail Kalburcu, Salih Malkoçoğlu, Samet Karabatak, Tolga Kalender, Uğur Kaan Yıldız, Gamze Neli Kaya və digər şübhəlilər növbətçi məhkəmə tərəfindən “imza atmaq” kimi nəzarət tədbirləri ilə sərbəst buraxılıb.
Türkiyə mətbuatının məlumatına görə, istintaq zamanı aşağıdakı şəxslər həbs olunub:
Emrah Çelik
Yunus Emre Tekoğul
Metehan Baltacı
İzzet Furkan Malak
Bartu Kaya
Murat Sancak
Orkun Özdemir
Kadir Kaan Yurdakul
Faruk Can Genç
Alassane Ndao
Mert Hakan Yandaş
Ersen Dikmen
Kerem Yusuf Sirkeci
Emircan Çiçək
Ahmet Okatan
Gürhan Sünmez
Mehmet Emin Katipoğlu
Volkan Erten
Şahin Kaya
Ümit Kaya
İstanbul Baş Prokurorluğu idman şərhçisi Ahmet Çakar haqqında çıxarılan gözaltı qərarının səhhətindəki problemlər səbəbilə ləğv edildiyini açıqlayıb. O, hazırda müalicəsini davam etdirir və zəruri olduqda məhkəməyə gətiriləcək.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 09 Dekabr 2025 08:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















