Türkiyədə meşə yanğınları genişlənir Fotolar
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Türkiyədə kütləvi meşə yanğınları tüğyan edir.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın artıq ölkənin 10-dan çox vilayətini bürüyüb.
Çanakkale, Balıkesir, İzmir, Manisa, Aydın, Muğla, Antalya, Mersin və Adana vilayətlərinin sakinlərinin mobil telefonlarına meşə yanğınları ilə bağlı bildirişlər göndərilib.
Təbii fəlakətlə mübarizəyə bir neçə min nəfərlik canlı qüvvə, mindən çox yerüstü və hava texnikası cəlb edilib.
Yanğınlar ölkənin cənub-qərbindəki kurort zonalarını əhatə edib. Bəzi əsas avtomagistrallarda nəqliyyatın hərəkəti dayandırılıb. Ehtiyat tədbiri olaraq Muğla vilayətində Seydikəmər xəstəxanası təxliyə edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vətəndaşları yeni meşə yanğınlarının qarşısını almaq üçün avqust və sentyabr aylarında maksimum ehtiyatlı olmağa çağırıb.








Baxış sayı:128
Bu xəbər 30 İyul 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















