Türkiyədə meşələr yenə yanır
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
Artıq bir neçə gündür Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları baş verir. Hazırda ölkənin İzmir və Kütahya vilayətlərində yanğınlarla mübarizə davam edir.
İzmirin Narlıdərə rayonunda yerləşən meşəlik sahədə baş verən yanğının söndürülməsinə şəhərin Meşə Regional Müdirliyinə məxsus 4 təyyarə, 6 helikopter, 25 yanğınsöndürən maşın, 5 su təchizat avtomobili və 3 buldozer cəlb edilib.
Kütahyanın Tavşanlı rayonundakı yanğına isə çox sayda yanğınsöndürən maşınlar və yanğınsöndürmə helikopteri ilə müdaxilə edilir.
Yanğınların başvermə səbəbi müəyyən edilməyib.
Qeyd edək ki, hidrometeoroloqlar Türkiyə ərazisində mövsüm normalarından yüksək olan isti hava şəraitinin davam edəcəyini proqnozlaşdırırlar. /Azərtac/
Baxış sayı:97
Bu xəbər 18 İyul 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















