Türkiyədə məşhurlara qarşı əməliyyat: Saxlanıldığı deyilən müğənni Simge haradadır?
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin İstanbul şəhərində narkotik istifadəsi ilə bağlı istintaq çərçivəsində saxlanılan məşhurlarla birlikdə adı hallanan müğənni Simge Sağın meneceri Özgür Aras məlumatı təkzib edib.
Oxu.Az bu barədə "Ensonhaber"ə istinadən xəbər verir.
Özgür Aras açıqlamasında məsələ ilə bağlı onlara hər hansı rəsmi bildirişin daxil olmadığını qeyd edib.
"Simge bir həftədir ki, həm tətil, həm də klip çəkilişləri üçün ABŞ-dədir. Hazırda bizə hər hansı problem barədə məlumat verilməyib. Vəkilimiz məsələni izləyir", - deyə o bildirib.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən başladılan narkotiklə bağlı istintaq çərçivəsində çox sayda məşhur saxlanılıb. Onların sırasında İrem Derici, Hadise, Simge Sağın adları çəkilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 08 Oktyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















