Icma.az
close
up
RU
Türkiyədə milli azadlıq mübarizəsinin başlanmasının 106 cı ildönümü qeyd edilir

Türkiyədə milli azadlıq mübarizəsinin başlanmasının 106 cı ildönümü qeyd edilir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Ankara, 19 may, AZƏRTAC

Bu gün Türkiyədə 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd edilir.

AZƏRTAC xəbər verir ki, qardaş ölkənin bütün vilayətlərində, xaricdəki diplomatik nümayəndəliklər, habelə Şimali Kipr Türk Cümhuriyyətində bu əlamətdar gün münasibətilə bayram tədbirləri və yürüşlər təşkil olunur.

Prezident Rəcəb Tayyib Ərdoğan bayram nitqində gənclərin ölkənin inkişafının hərəkətverici qüvvəsinə çevriləcəyinə, onların “Türkiyə əsri” məqsədlərinə çatmağa töhfə verəcəyinə əminliyini ifadə edib.

Türkiyə liderinin müraciətində deyilir: “Biz dinc, sabit, firavan və texnoloji cəhətdən inkişaf etmiş Türkiyəni yeni vətəndaş nəsillərinə miras qoymaq üçün əlimizdən gələni edirik”.

Mayın 19-da səhər saatlarında qardaş ölkənin gənclər və idman naziri Osman Aşkın Bak bütü vilayətlərdən paytaxta gəlmiş uşaq və yeniyetmələrin müşayiəti ilə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib.

Ənənəyə sadiq qalaraq, bu gün liderlər işlərini müvəqqəti olaraq uşaqlara təhvil verir və bununla da dövlətin Türkiyə vətəndaşlarının gələcək nəsillərinə həvalə ediləcəyinin əhəmiyyətini vurğulayırlar.

Bayram günündə üzərində Türkiyə bayraqlarının təsviri olan onlarla hava şarı Kapadokya turizm bölgəsi üzərində səmaya qalxıb.

1919-cu il mayın 19-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk Samsun şəhərində gənclər qarşısında məşhur çıxışında ölkə ərazisinin bir hissəsini zəbt etmiş işğalçılara qarşı mübarizənin başlandığını elan edib. Bu müraciət Türkiyə Cümhuriyyətinin yaranmasına damğasını vuran milli azadlıq mübarizəsinin əsasını qoyub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri