Türkiyədə mini futbol meydançasında kütləvi dava olub VİDEO
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin Aksaray şəhərində həvəskarların mini-futbol matçı zamanı möhkəm dava düşüb.
İdman.Biz-in “İhlas Haber Ajansı”na istinadən verdiyi məlumata görə, Eskil məhəlləsində futbolçular arasında yaranan mübahisə qısa zamanda daş və çubuqlu davaya çevrilib. Hadisə nəticəsində 7 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili yardım maşınları gəlib. Yaralılardan 4-ü Eskil Dövlət Xəstəxanasına, 3-ü isə Aksaray Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Münaqişənin bütün iştirakçılarına tibbi yardım göstərildikdən sonra onlar polis tərəfindən saxlanılıblar.
Aksaray Prokurorluğu hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Türkiyədə kütləvi həbslər VİDEO
07 Yanvar 2025 11:20
Türkiyədə kütləvi dava: yaralananlar var
05 Oktyabr 2025 10:44
Türkiyədə fabrikdə kütləvi zəhərlənmə olub
02 Oktyabr 2025 23:59
Türkiyədə kütləvi ZƏHƏRLƏNMƏ
13 İyul 2025 00:55
Türkiyədə kütləvi zəhərlənmə
13 İyul 2025 12:09

