Türkiyədə minimum əməkhaqqı 757 dollara yüksələ bilər
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Türkiyədə 2027-ci ildə minimum əməkhaqqının nə qədər olacağı ilə bağlı yeni ehtimallar gündəmə gəlib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2027-ci il büdcə təklifində işçilər üçün vergi güzəştlərinə ayrılması nəzərdə tutulan vəsaitin 33,7 faiz artırılması minimum əməkhaqqının da eyni nisbətdə yüksələ biləcəyi ehtimalını gündəmə gətirib.
Məlumata görə, işçilər üçün vergi güzəştlərinə ayrılan vəsaitin 2027-ci ildə 1 trilyon 460 milyard lirəyə (29,45 milyard dollar) çatdırılması planlaşdırılır. 2026-cı il büdcəsində bu məbləğ təxminən 1 trilyon 92 milyard lirə (22,03 milyard dollar) nəzərdə tutulub.
Bu artımın minimum əməkhaqqına da eyni nisbətdə tətbiq edilməsi halında, 2027-ci ildə Türkiyədə xalis minimum əməkhaqqı 37 min 536,94 lirəyə (757 dollar) yüksələ bilər.
Hazırda Türkiyədə xalis minimum əməkhaqqı 28 min 75,50 lirədir (566 dollar). Belə bir artım baş verərsə, işçilərin aylıq maaşı təxminən 9 min 461 lirə (191 dollar) artacaq.
Hesablamalara əsasən, 2027-ci ildə ümumi minimum əməkhaqqının 44 min 161,11 lirəyə (891 dollar), işəgötürənin bir işçi üçün aylıq ümumi xərclərinin isə 54 min 649,38 lirəyə (1 102 dollar) çatması mümkündür.
Baxış sayı:74
Bu xəbər 20 Oktyabr 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















