Türkiyədə mütəşəkkil cinayətkar dəstələrin 64 üzvü yaxalanıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 4 noyabr, AZƏRTAC
Türkiyədə mütəşəkkil cinayətkar dəstələrə qarşı keçirilən əməliyyatlar zamanı 64 şübhəli yaxalanıb. AZƏRTAC xəbər verir ki, bu barədə qardaş ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial platformasında məlumat verib.
Yerlikaya şübhəlilərdən 36-sının həbs edildiyini, 26 nəfərin məhkəmə nəzarəti altında olduğunu və qalan 2 şəxs barəsində istintaqın davam etdiyini bildirib.
Türkiyəli nazir vətəndaşların kredit fırıldaqçılığı, silah qaçaqmalçılığı, yanacaqla bağlı saxtakarlıq və mütəşəkkil cinayətkar qrupların üzvləri tərəfindən törədilən təhdidlər kimi cinayətlərdən zərər görməsinin qarşısının alındığını vurğulayıb. O qeyd edib: “Şübhəlilər Baş Prokurorluq və Jandarma Komandanlığı ilə koordinasiya şəraitində keçirilən əməliyyatlar zamanı müxtəlif vilayətlərdə yaxalanıb. Onlar, həmçinin Balıkəsirdə kazinolara borc pul verərək və onları borc sənədlərini imzalamağa məcbur edərək vətəndaşları şantaj ediblər. Bundan başqa, Diyarbəkirdə yanacaq fırıldaqçılığı faktları aşkarlanıb. Ordu vilayətində vətəndaşlarımızı saxta çeklər verərək aldadıblar. Kilisdə 6136 saylı Qanunu pozmaq və silah qaçaqmalçılığı cinayətləri törədilib. Şanlıurfada cinayətkarlar özlərini prokuror, polis, əsgər və dövlət məmuru kimi təqdim edərək vətəndaşları aldadıblar. Niydedə sakinlərə yüksək faiz dərəcələri tətbiq edən şəxslər sələmçiliklə məşğul olublar. Prokurorluqlarımız onların barəsində araşdırmalara başlayıb. Əməliyyatlarda iştirak edənləri təbrik edirəm. Məqsədimiz şəhərlərimizin təhlükəsizliyini və vətəndaşlarımızın dincliyini təmin etməkdir. Heç bir mütəşəkkil cinayətkar qrupun millətimizin rahatlığını pozmasına icazə verməyəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:18
Bu xəbər 04 Noyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















