Icma.az
close
up
RU
Türkiyədə mütləq kəşf etməli olduğunuz mağaralar FOTOLAR

Türkiyədə mütləq kəşf etməli olduğunuz mağaralar FOTOLAR

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Türkiyə mağarasevərlər və macəra axtaranlar üçün əsl cənnətdir. Ölkədə təxminən 40 min mağara mövcuddur. Bu möhtəşəm geoloji strukturların dərinliklərinə enərək yeraltı gölləri,  kəşf etmək inanılmaz bir hissdir. Bu sirli dünyaya qədəm qoyduqda, özünüzü sanki fantastik bir filmin səhnəsində hiss etməmək mümkün deyil. Budur, Türkiyənin ən heyrətamiz altı mağarası haqqında bilməli olduğunuz məqamlar…

Altınbeşik Mağarası: Türkiyənin ən böyük yeraltı gölü

Türk Rivierasının incisi Antalya, tarix izləri daşıyan saysız-hesabsız böyük və kiçik mağaraları ilə macəra həvəskarlarının ən sevimli məkanlarından biridir. Ürünlü kəndində yerləşən Altınbeşik Mağarası bölgənin dünyaca məşhur ilk mağarasıdır. Üçmərtəbəli unikal struktura malik bu təbiət möcüzəsi Türkiyənin ən böyük, dünyanın isə üçüncü ən böyük yeraltı gölünü özündə birləşdirir. Göldə təşkil olunan qayıq turları mağaranın girişini kəşf etməyə imkan yaradır – bu mənzərə, ətrafındakı sıx şam meşələrinin arasında kiçik bir vaha kimi görünür. Mağaranın bu səviyyəsinin sonunda sizi 44 metrlik dik travertenlər heyrətamiz mənzərəsi ilə qarşılayır. Peşəkar mağara tədqiqatçıları bu travertenlərin üzərindəki ikinci mərtəbəyə xüsusi avadanlıqla dırmana bilərlər. Burada kiçik hovuzlar yerləşir, mağaranın ən yuxarı səviyyəsi isə nəhəng qaya parçalarından ibarətdir.

Damlataş mağarası: sarkıtların sehrli dünyası

Antalyanın Alanya rayonunda yerləşən Damlataş Mağarası, Türkiyədə mağara turizmi deyiləndə ilk ağla gələn yerlərdən biridir. Adını içərisindəki möhtəşəm sarkıtlardan alan bu mağara, 50 metrlik keçiddən sonra silindrşəkilli bir boşluq vasitəsilə əsas hissəyə açılır. Gözoxşayan sarkıtları ilə yanaşı, Damlataş Mağarası sağlamlıq baxımından da xüsusi əhəmiyyətə malikdir. Buradakı havanın tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlər üçün faydalı olduğu düşünülür. Hətta bəzi astma xəstələri həkim nəzarətində 21 günlük müalicə proqramına qoşularaq hər gün müəyyən müddət mağarada vaxt keçirirlər.

Karain mağarası: paleolit dönəminin mərkəzi

Antalya bölgəsində yerləşən Karain Mağarası həm təbii gözəlliyi, həm də arxeoloji əhəmiyyəti ilə seçilir. Burada tapılan paleolit dövrünə aid qalıqlar Karain Mağarasını Türkiyənin ən önəmli mağaralarından birinə çevirir. Eyni zamanda, bu mağara Anadolu ərazisində paleolit dövründən Roma dövrünə qədər insan yaşayışına dair izlər daşıyan ən böyük mağara hesab edilir. Mağarada aşkarlanan bəzi tapıntılar Anadolunun ən qədim insan əli ilə yaradılmış sənət nümunələri kimi qəbul edilir. Karain Mağarası həmçinin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısında yer alır.

Ballıca mağarası: şəfa bəxş edən geoloji miras

Tokatın 3,5 milyon il yaşı olan Ballıca Mağarası Qara dəniz bölgəsinin ən məşhur təbiət möcüzələrindən biridir. Dünyada nadir rast gəlinən geoloji quruluşa malik bu mağara sarkıtlar, dikitlər, sütunlar, pərdəvari travertenlər, mağara mirvariləri, damcı daşı hovuzları və unikal soğanvari sarkıtlar kimi möhtəşəm formalarla zəngindir. Hələ tam araşdırılmamış hissələri ilə sirrini qoruyub saxlayan Ballıca Mağarası səkkiz zalı ilə bütün mağara formalaşmalarını özündə cəmləşdirir. Ziyarətçilər üçün açıq hissələri araşdırmaq, hər addımda yeni bir sürpriz və həyəcan dolu səyahətə çıxmaq kimidir. Parlaq rəngli kalsit formasiyalarına görə 2019-cu ildə UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən mağara, eyni zamanda, mənfi ionlarla zəngin, toz və polensiz havası sayəsində astma və nəfəs darlığından əziyyət çəkənlər üçün müalicəvi təsirə malikdir.

Karaca mağarası: gümüşxananın yeraltı sarayı

Türkiyənin Şərqi Qara dəniz bölgəsində yerləşən füsunkar Gümüşhane şəhəri Karaca Mağarası ilə məşhurdur. Bu mağara insanı valeh edən sarkıtlar, dikitlər, rəsmlərlə örtülmüş divarlar, traverten örtüklər, mağara çiçəkləri, mağara mirvariləri, “fil qulaqları”, traverten hovuzları və rəngarəng mağara gülləri ilə zəngindir. Çatlarla dolu əhəngdaşlarında formalaşmış bu fosil mağara, bir-birinə bağlanan ellipsvari dörd fərqli zalın birləşməsi nəticəsində yaranmışdır. Zamanla sızan suyun yaratdığı damcı daşı divarları bu zalların ikisini bölərək ümumi zal sayını altıya çatdırmışdır.

Dupnisa: Trakyanın məşhur mağara sistemi

Türkiyənin Trakya bölgəsində, Kırklarelidə yerləşən Dupnisa Mağarası Demirköy rayonunun məhsuldar torpaqları arasında gizlənmiş bir xəzinədir. Trakyanın turizmə açılan ilk və yeganə mağarası olan Dupnisa hər il on minlərlə ziyarətçini qəbul edir. İki mərtəbəli quruluşa və bir-biri ilə əlaqəli üç mərmər mağaraya sahib olan bu sistem, təxminən dörd milyon il ərzində formalaşıb. Mağaranın yuxarı hissəsində Kuru və Kız mağaraları, aşağı mərtəbədə isə ziyarətçilərə açıq olan Sulu Mağara yerləşir. Dupnisa süd ağından qırmızı və qəhvəyi çalarlarına qədər dəyişən rəngləri, nəhəng ölçülərə çatan sarkıt, dikit, sütun, pərdəvari damcı daşları və damcı daşı hovuzları ilə diqqət çəkir. Burada 11 fərqli yarasa növü məskunlaşıb və onların çoxalması üçün hər il 15 noyabr – 15 may tarixləri arasında mağaranın bəzi hissələri ziyarətçilərin girişinə bağlanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 Fevral 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri