Türkiyədə narkotik vasitələrə qarşı əməliyyatlarda 25 nəfər saxlanılıb
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlarda 25 nəfər saxlanılıb.
Bu barədə Moderator.az yerli mətbuata istinadən xəbər verir.
Malatya vilayətinin Polis İdarəsinin Narkotik Cinayətlərinə qarşı Mübarizə Bölməsinin əməkdaşları narkotik vasitələrin satışı əleyhinə əməliyyat keçirib.
Məlumata görə, əməliyyatlarda 14 şübhəli saxlanılıb, 1 166 narkotik tərkibli həb, 827 qram sintetik kannabinoid, 45 qram metamfetamin, 3 qram marixuana və bir ədəd tərəzi müsadirə edilib. Saxlanılanlardan 13-ü məhkəmə qərarı ilə həbs olunub, bir şübhəli isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Qeyd edilir ki, İstanbulda da narkotik vasitələrin qəbulunda şübhəli bilinərək saxlanılan 12 nəfərin narkotik testi müsbət çıxıb. Araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 28 Yanvar 2026 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















