Türkiyədə ölü tapılan müəllimin səs yazısı tapıldı VİDEO
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin Ağrı şəhərində gənc müəllimin şübhəli şəkildə həyatını itirməsi ictimaiyyətdə böyük rezonans doğurub.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, həyatının baharında vəfat edən İrmak Ayşe Koparanın səs yazısının ortaya çıxması hadisəyə dair yeni iddiaları gündəmə gətirib.
İddialara əsasən, müəllim şikayət etdiyi məktəb rəhbəri əvəzinə uzaq kənd məktəbinə göndərilib. Onun yaşayış şəraitinin təmin olunmadığı, hər gün işə getmək üçün təxminən 3 min TL taksi xərci ödəmək məcburiyyətində qaldığı bildirilir.
Səs yazısında müəllimin çarəsiz vəziyyəti və yaşadığı çətinlikləri ifadə etdiyi iddia olunur. Bu vəziyyətin onun üzərində ciddi psixoloji təzyiq yaratdığı qeyd edilir.
Hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilir. Məsələ Türkiyə ictimaiyyətində geniş müzakirələrə səbəb olub və sosial şəbəkələrdə böyük narahatlıqla izlənilir.
Musa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 13 İyun 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















