Türkiyədə polis əməkdaşlarına silahlı hücum oldu YENİLƏNİB
Icma.az bildirir, Adelet.az portalına istinadən.
Türkiyənin İzmir şəhərində üç polis əməkdaşının yaralanması ilə bağlı aparılan araşdırma çərçivəsində 11 şübhəli saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, istintaq davam edir.
Məlumata görə, yaralanan polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.
Qeyd edək ki, noyabrın 20-də axşam saatlarında silahlı insidentin baş verdiyi əraziyə polis əməkdaşları göndərilib. Asayiş keşikçiləri hadisə yerinə çatanda onlara silahlı hücum olub. Hücum zamanı 3 nəfər yaralanıb.
02:27
Türkiyənin İzmir şəhərində 3 polis əməkdaşı yaxalamaq istədikləri şəxs tərəfindən silahlı hücuma məruz qalıb.
Bu barədə Adalet.az yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə Seferihisar rayonunda qeydə alınıb. Silahlı insidentin baş verdiyi əraziyə polis əməkdaşları göndərilib. Asayiş keşikçiləri hadisə yerinə çatanda onlara silahlı hücum olub. Hücum zamanı 3 nəfər yaralanıb.
Hadisə yerinə növbəti dəfə polis əməkdaşları və təcili yardım göndərilib. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.
Yaralıların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Asayiş keşikçilərinə hücum edən şəxs saxlanılıb.
Baxış sayı:105
Bu xəbər 21 Noyabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















