Türkiyədə polis əməliyyatında ilk dəfə Akıncı PUA sından istifadə edildi
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyədə polis əməliyyatında ilk dəfə yerli pilotsuz döyüş aparatı "Akıncı"dan istifadə olunub.
Oxu.Az-ın məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün sosial şəbəkə hesabından xəbər verib.
Onun sözlərinə görə, narkotik əməliyyatı Diyarbakır başda olmaqla altı vilayətdə keçirilib.
"Akıncı"nın termal və gündüz-gecə görüntü imkanları sayəsində narkotik tarlaları izlənilib, əldə olunan məlumatlar real vaxt rejimində əməliyyat qrupları ilə paylaşılıb.
Türkiyədə polis əməliyyatında ilk dəfə "Akıncı" PUA-sından istifadə edildi
Əməliyyat zamanı 100 tondan çox marixuana istehsalına yararlı 4.4 milyon çətənə kolu, eləcə də 150 kiloqram hazır marixuana ələ keçirilib. Hüquq-mühafizə orqanları tərəfindən ümumilikdə 25 şübhəli saxlanılıb.
Qeyd edək ki, "Baykar Akıncı" Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri sayılır. Bu döyüş dronları yüksək uçuş davamlılığına və geniş fəaliyyət radiusuna malik olan HALE sinfinə daxildir. Beləliklə, Türkiyə bu sinifdən olan PUA-ları istehsal edən dünyanın dördüncü ölkəsinə çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 31 İyul 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















