Türkiyədə prokurorluq Sadettin Saranla bağlı açıqlama yaydı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
İstanbul Baş Prokurorluğu “Fənərbaxça” klubunun prezidenti Sadettin Saranın narkotik testinin nəticələri ilə bağlı yayılan iddialara rəsmi münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə prokurorluğun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu məlumat yayıb.
Qurum tərəfindən aparılan araşdırma çərçivəsində bəzi media orqanlarında S. Saranın özəl laboratoriyada verdiyi analizlərin “təmiz” çıxması barədə xəbərlər təkzib olunub.
Rəsmi açıqlamada bildirilir ki, istintaq materiallarına kənardan heç bir ekspert rəyi daxil edilməyib. Vurğulanıb ki, şübhəlinin bioloji materiallarının müayinəsi ilə bağlı iş qovluğunda olan yeganə hüquqi və rəsmi sənəd Məhkəmə Tibbi Ekspertizası İnstitutu tərəfindən hazırlanmış hesabatdır. Prokurorluq istintaqın məxfi davam etdiyini diqqətə çatdırıb.
Xatırladaq ki, S. Saran narkotik vasitələrin istifadəsi, saxlanılması və istifadəçilərə şərait yaradılması kimi maddələrlə ittiham olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 29 Dekabr 2025 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















